AZSTATE.net şəbəkəsinə qoşulma qaydaları

(çıxarış - Azərbaycan Respublikası Nazirlər Kabineti 91 N-li qərar)

Abunəçilərin AZSNET şəbəkəsinə qoşulması qaydaları

  1. AZSNET şəbəkəsinin abunəçiləri (abunəçilər qrupu) Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanları, onların struktur hissələri və digər dövlət təşkilatları (ayrı-ayrı vəzifəli şəxslərədək) ola bilərlər.

  2. Abunəçilərin (abunəçilər qrupunun) AZSNET şəbəkəsinə ilkin qoşulması aşağıdakı üsullarla həyata keçirilir:
    1. Orqanın rəhbəri XDMX-yə AZSNET şəbəkəsinin informasiya-kommunikasiya resurslarına qoşulmaq üçün müraciət göndərir; müraciətdə aşağıdakılar göstərilir:

      - AZSNET şəbəkəsinin abunəçisi olacaq orqanın (təşkilatın) rəsmi adı (Azərbaycan və ingilis dillərində);

      - AZSNET şəbəkəsinə qoşulma zərurətinin əsaslandırılması;

      - Orqanın lokal abunəçilərinin (hostlarının) sayı və internet (AZSNET) şəbəkəsinin zəruri xidmətlərinin siyahısı;

      - Orqanın internet (AZSNET) şəbəkəsinin digər abunəçiləri üçün açıq olan informasiya resurslarının siyahısı;

      - AZSNET lokal şəbəkəsinin serverlərinin yerləşdirilməsi üçün ayrılan yerin ünvanı və kateqoriyalaşdırılması;

      -yuxarıda göstərilən serverlərin inzibatlaşdırılmasına təyin olunan əməkdaşların adları, soyadları və telefon nömrələri;

    2. XDMX-nin Xüsusi Rabitəsi sərəncamında olan texniki və maliyyə imkanlarına uyğun olaraq abunəçi ilə birlikdə AZSNET şəbəkəsinə qoşulma ardıcıllığını, kommunikasiyalara texniki qoşulmanın konkret variantını müəyyən edir, abunəçi üçün zəruri olan avadanlıqların və proqram təminatının tərkibi barədə tövsiyələr, abunəçiyə identifikatorları və daxiloma parollarını verir.

  3. Abunəçi orqan XDMX-nin Xüsusi Rabitəsinə öz abunəçilərinin qeydiyyat məlumatlarına dair dəyişikliklər (orqanın adının, strukturunun dəyişdirilməsi, iş yerinin ünvanının dəyişməsi, məsul şəxslərin dəyişməsi, AZSNET şəbəkəsindən ayrılma və s.) barədə vaxtında məlumat verməlidir.

  4. Orqan tərəfindən tələb olunan internet (AZSNET) şəbəkəsinin informasiya-kommunikasiya resursları yalnız abunəçilər və serverlərin inzibatçıları tərəfindən internet şəbəkəsindən əldə edilmiş proqram məhsulu informasiya və informasiya-kommunikasiya sahibi tərəfindən elan edilmiş proqram məhsullarına və informasiyaya daxil olma, onlardan istifadə etmə və yayma qaydalarına riayət etmək üzrə öhdəliklər barədə sənəd imzalandıqdan sonra təqdim olunur (2 nömrəli əlavə).

AZSNET şəbəkəsinin abunəçilərinin öhdəlikləri

  1. AZSNET şəbəkəsi Ümumdünya İnternet Şəbəkəsinin bir hissəsidir və Azərbaycan Respublikasının mərkəzi və yerli dövlət hakimiyyəti orqanları arasında qarşılıqlı açıq informasiya mübadiləsində, habelə beynəlxalq informasiya mübadiləsində istifadə edilə bilər.

  2. AZSNET şəbəkəsindən aşağıdakı məqsədlərlə istifadə edilə bilər:

    1. Azərbaycan Respublikasında, həmçinin digər ölkələrdə fəaliyyət göstərən orqanlarla informasiya mübadiləsi həyata keçirilməsi üçün;
    2. Mərkəzi hakimiyyət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, habelə onların işçilərinin peşəkarlığının yüksəldilməsi üçün zəruri olan müxtəlif növlü məlumatların əldə edilməsi üçün;
    3. Nəticələrinin tətbiq edilməsi kommersiya və hərbi məqsədlərlə bağlı olmayan sosioloji, statistik və sair tədqiqatların aparılması üçün;
    4. Xidməti yazışmaların həyata keçirilməsi üçün;
    5. Azərbaycan Respublikasına məxsus və beynəlxalq informasiya resurslarından istifadə etmək üçün.

  3. Aşağıdakı məqsədlər üçün AZSNET şəbəkəsindən istifadə edilməsi qadağandır:

    1. AZSNET şəbəkəsi vasitəsi ilə ondan istifadə edərək, özünə aid olmayan kommersiya fəaliyyətinin həyata keçirilməsi;
    2. Şəxsi mənafe və məqsədlər;
    3. İstənilən növ kommersiya reklamı;
    4. Azərbaycan Respublikasının təhlükəsizliyinə, milli maraqlarına ziyan vura bilən fəaliyyət növləri ilə məşğul olmaq;
    5. Azərbaycan Respublikasının qanunları ilə qadağan edilmiş fəaliyyət növləri ilə məşğul olmaq;
    6. Dövlət sirri təşkil edən və tərkibində yayılması məhdudlaşdırılmış xidməti informasiya işlənən, habelə məhdudlaşdırılmış daxilolma növlü informasiya yerləşən informasiya sistemlərini, rabitə şəbəkələrini və fərdi kompüterləri internet şəbəkəsinə qoşmaq.
fan-fact-1

806+

Qeydiyyatdan keçən domain sayı

fan-fact-1

300+

Xidmət göstərilən qurum sayı