Əsas anlayışlar(çıxarış - Azərabaycan Respublikası Nazirlər Kabineti 91 N-li qərar)

Əsas anlayışlar

  • DNS — domen adları sistemi (Domain Name System). DNS-nin əsas təyinatı qurğuların domen adlarını İP-ünvanlara və İP-ünvanları domen adlarına dəyişməkdir. DNS-nin əsası iyerarxiya üzrə bölünmüş verilənlər bazasıdır.
  • Domen — DNS-də domen adları fəzasının mərkəzləşdirilmiş inzibatlaşdırılan sahəsidir.
  • Subdomen — hər hansı domenə nisbətən aşağı səviyyəli domen deməkdir (*.GOV.AZ domeni GOV.AZ domeninin subdomenidir).
  • Domen adı — DNS-nin verilənlər bazasındakı, adətən bir-birindən "." işarəsi ilə ayrılmış şəkildə göstərilən yazının eyniləşdiricisidir.
  • Zona — bir domendə yerləşən, növbəti (daha aşağı) səviyyəli resurslar və domenlər haqqında qeydlərin cəmidir.
  • DNS server — bir və ya bir neçə zonanın saxlanmasını və DNS-nin verilənlər bazasında olan sorğuları emal edən proqramdır.
  • Zona üçün primary (birinci səviyyəli) DNS server — bu zona haqqında tam informasiyanın saxlanmasını təmin edən DNS-serverdir.
  • Zona üçün secondary (ikinci səviyyəli) DNS server — bu zona haqqında tam informasiyanı digər DNS-serverdən alan DNS-serverdir.
  • Host — İnternetə qoşulmuş kompüter və ya digər qurğudur.
DNS - domen adları sistemi (Domain Name System). DNS-nin əsas təyinatı qurğuların domen adlarını İP-ünvanlara və İP-ünvanları domen adlarına dəyişməkdir. DNS-nin əsası iyerarxiya üzrə bölünmüş verilənlər bazasıdır.
Domen - DNS-də domen adları fəzasının mərkəzləşdirilmiş inzibatlaşdırılan sahəsidir.
Subdomen - hər hansı domenə nisbətən aşağı səviyyəli domen deməkdir (*.GOV.AZ domeni GOV.AZ domeninin subdomenidir).
Domen adı - DNS-nin verilənlər bazasındakı, adətən bir-birindən "." işarəsi ilə ayrılmış şəkildə göstərilən yazının eyniləşdiricisidir.
Zona - bir domendə yerləşən, növbəti (daha aşağı) səviyyəli resurslar və domenlər haqqında qeydlərin cəmidir.
DNS server - bir və ya bir neçə zonanın saxlanmasını və DNS-nin verilənlər bazasında olan sorğuları emal edən proqramdır.
Zona üçün primary
(birinci səviyyəli) DNS-server
- bu zona haqqında tam informasiyanın saxlanmasını təmin edən DNS-serverdir.
Zona üçün secondary
(ikinci səviyyəli) DNS-server
- bu zona haqqında tam informasiyanı digər DNS-serverdən alan DNS-serverdir.
Host İnternetə qoşulmuş kompüter və ya digər qurğudur.

*.GOV.AZ domenlərinin inzibatlaşdırılması üzrə tövsiyələr

  1. Cari tövsiyələr GOV.AZ ünvan fəzasında ondan sonra gələn bütün səviyyəli domenlərini inzibatlaşdırılmasının üsullarını müəyyən edirlər.
  2. Heç bir domenə münasibətdə “amirlik” və “sahiblik” münasibətlərinin tətbiq edilməsi yol verilmir. Domenin inzibatlaşdırılmasının əsas məqsədi DNS xidmətinin təqdim edilməsi üzrə vəzifələrin yerinə yetirilməsidir.
  3. İstifadəsinə ünvan məkanı verilən domenin inzibatçısı bu sahədə zəruri bilik səviyyəsinə malik olmalı, DNS-nin konsepsiyalarını və beynəxalq RFC -1032, 1033,1034 və1591, habelə RIPE- 007, 105, 114 və s. sənədlərdə göstərilən qaydaları bilməli və onlara riayət etməlidir.
  4. DNS xidmətləri etibarlı, sabit və kəsilməz olaraq təmin edilməlidir. Subdomenlərin inzibatçıları bu DNS xidmətlərinin şəbəkənin cari vəziyyətinə uyğun olmasına görə cavabdehlik daşıyırlar. İnzibatçılar öz subdomenində hostların vəziyyətini bilməli, yaranan problemləri həll etmək üçün operativ tədbirlər görməlidirlər.
  5. Subdomenin inzibatçısı öz funksiyalarını yerinə yetirmək üçün yuxarı səviyyəli domen inzibatçısı tərəfindən ona verilmiş müvafiq səlahiyyətlərə malikdir. Subdomenin inzibatçısı yuxarı səviyyəli domen inzibatçısının razılığı ilə öz səlahiyyətlərini müvəqqəti olaraq başqa inzibatçıya verə bilər.
  6. Subdomenə inzibatçılıq səlahiyyətləri verilərkən mütləq inzibati və texniki əlaqə üçün ən azı 2 məsul şəxs müəyyən edilməlidir. Subdomen inzibatçılarından hər biri elektron poçt ünvanına malik olmalıdır.
  7. İnzibatçılıq səlahiyyətləri üçüncü səviyyəli subdomenə yalnız onun, birinci və ikinci DNS serverlərə (primary və secondary)” malik olduğu halda verilə bilər. Bu zaman DNS serverlərinin hər biri internet şəbəkəsinə etibarlı İP-qoşulmaya malik olmalıdır. Zəruri halda subdomenin inzibatçısı öz “secondary” serverini yuxarı səviyyəli domenin “primary” DNS serverində yerləşdirə bilər. Qeyd: “Etibarlı İP-qoşulma” dedikdə, serverlə əlaqəsi sutka ərzində cəmi iki saatdan artıq olmamaqla, kəsilməyən qoşulma nəzərdə tutulur.
  8. Subdomenə inzibatçılıq edilməsi səlahiyyətlərinin verilməsi üçüncü dərəcədən başlayaraq, bir “DNS-server” olduqda da mümkündür. Lakin subdomenin inzibatçısı bilməlidir ki, “secondary” serverinin olmaması elektron poçtun itirilməsinə gətirib çıxara bilər, belə ki, yuxarı səviyyəli domenin inzibatçısı buna görə məsuliyyət daşımır.
  9. Bu tövsiyələrə riayət etməyən və şəbəkənin normal fəaliyyətini təmin etməyən və ya düzgün qurulmayan DNS-serverlərdən istifadə edən subdomenin inzibatçısının səlahiyyətləri yuxarı səviyyəli domenin inzibatçısı tərəfindən başqa orqana verilə və ya özündə saxlanıla bilər.
  10. Subdomen qarşılıqlı razılaşma əsasında bir orqandan başqa orqana verildikdə, hər bir orqan bu barədə yekun qərar çıxaran yuxarı səviyyəli domenin inzibatçısına məlumat verməlidir.

Domen haqqında məlumat

.gov.az